Mükafatlandırma siyasətində xüsusi kateqoriyaya aid olan işçilər, habelə xarici bankın yerli filialının rəhbər işçiləri (filialın rəhbəri və onun müavini, habelə bir və ya bir neçə struktur bölməsinə nəzarəti həyata keçirən (kuratorluq edən) əməkdaşı) üzrə pul formasında olan mükafatın azı 60 (altmış) faizinin (sistem əhəmiyyətli banklara münasibətdə səsvermə hüququ olan səhmdarların 90 faiz səs çoxluğu ilə qərar qəbul edildiyi halda azı 30 (otuz) faizinin) ödənişi təxirə salınır və növbəti 3 (üç) il ərzində bərabər hissələrlə ödənilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Bu tələb bankın nəzarət funksiyasının (risklərin idarə edilməsi, komplayens və daxili audit funksiyalarını həyata keçirən struktur bölmələr) rəhbərlərinə onlar üzrə müəyyən edilmiş dəyişən mükafatın həcmi onlara il ərzində ödənilən əmək haqqının ümumi məbləğinin 50 (əlli) faizi və ya ondan az olduğu hallarda şamil edilmir.