Risklərin idarə edilməsi sisteminin elementləri üzrə əsas icraçı bankın risklərin idarə edilməsini həyata keçirən mərkəzləşdirilmiş və ya bankın fəaliyyətinin həcminə və mürəkkəbliyinə uyğun olaraq, bir neçə struktur bölməsidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Risklərin idarə edilməsi üzrə struktur bölmə(lər) əsasən risklərin qiymətləndirilməsi, təhlili, monitorinqi, hesabatlığı, aidiyyəti struktur bölmələrlə birgə stress-testlərin keçirilməsi və tədbirlər planının hazırlanmasına, habelə risklərin idarə edilməsi üzrə bankın daxili qaydalarının, risk iştahası bəyannaməsinin və bankın aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planın hazırlanmasına məsuldur.