Bankın risk iştahası bəyannaməsində maddi əhəmiyyət daşıyan risklər tam əhatə edilməli və risk iştahası bankın biznes strategiyasına uyğun olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Bəyannamə ilə bankın məruz qaldığı riskləri əhatə edən risk iştahasının kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dözümlülük zonaları müəyyən edilir və kənarlaşmalar baş verdikdə bankın tədbirləri müəyyən edilir. Bəyannaməyə hər təqvim ili başa çatdıqdan sonra növbəti ilin birinci rübü ərzində ötən ilin nəticələri əsasında yenidən baxılır və tələb olunduqda müvafiq dəyişikliklər edilir. Risk iştahası bəyannaməsinin göstəricilərinin dözümlülük zonalarına uyğunluğu aylıq əsasda monitorinq olunur.