Dövlət daktiloskopik və genom qeydiyyatından keçmiş şəxsə dair qeydiyyat kartları elektron formada qeydiyyat kartotekasına yerləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.
Qeydiyyata eyni şəxs barəsində eyni məzmunlu qeydiyyat kartının daxil olduğu müəyyən edilərsə, bu kartların eyniliyi bir daha dəqiqləşdirildikdən sonra kartotekada yalnız 1 (bir) kartın elektron nüsxəsi saxlanılır və bu barədə qeydiyyat aparılır.
