Hər bir bankda Audit Komitəsi, Riskləri İdarəetmə Komitəsi və Korporativ İdarəetmə Komitəsi yaradılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Əlavə olaraq bankın fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə bankın sistem əhəmiyyətliliyi, risk profili, habelə fəaliyyətinin mürəkkəbliyi və xüsusiyyəti nəzərə alınmaqla bankda Komplayens Komitəsi və (və ya) digər komitələr yaradıla bilər. Bankda Komplayens Komitəsi yaradılmadığı halda bankın fəaliyyətinin qanunvericiliyin, maliyyə bazarlarını tənzimləyən hüquqi aktların və bankdaxili qaydaların tələblərinə uyğunluğunun təmin edilməsi funksiyası Riskləri İdarəetmə Komitəsi tərəfindən həyata keçirilir.