Təmir işləri yerinə yetirilərkən magistral neft boru kəmərlərinin sualtı keçidlərində maksimal buraxılabilən işçi təzyiq 2,0 MPa-dan və möhkəmliyin hesablanma nəticələri üzrə maksimal buraxılabilən işçi təzyiqdən artıq olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
