İsrail Qəzzaya tam hücuma keçir

10 Oktyabr 2023, 22:22

İsrail Qəzzaya tam hücuma başlayır.

Heftelk.az-ın məlumatına görə,  bunu İsrailin müdafiə naziri Yoav Qalant hərbçilərlə görüşündə deyib.

Yoav Qalant  bütün məhdudiyyətləri aradan qaldırdığını söyləyib: “Əraziyə nəzarəti bərpa etdik və tam hücuma keçirik. Bu, reallığı tamamilə dəyişəcək və terrorçular məğlub olacaqlar”.