Dövlət daktiloskopik və genom qeydiyyatından keçirilmiş şəxslərə və naməlum meyitlərə dair qeydiyyat kartları qeydiyyat sənədləri sırasındadır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.

Qeydiyyat sənədləri həmçinin aşağıdakılardan ibarətdir:

– könüllü dövlət daktiloskopik və genom qeydiyyatından keçirilmə barədə ərizə;

– könüllü dövlət daktiloskopik və genom qeydiyyatından keçirilmiş şəxslərin daktiloskopik və ya genetik məlumatlarının məhv edilməsi barədə ərizə;

– dövlət daktiloskopik və genom qeydiyyatından keçirilmiş şəxsin ölümü barədə məlumat.