Riskgötürmə qabiliyyəti kapital, likvidlik və digər prudensial tələbləri pozmamaq şərti ilə bankın götürə biləcəyi riskin maksimum həcmidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Risk iştahası bəyannaməsi bankın biznes məqsədlərinə çatması üçün qəbul edəcəyi məcmu risk limitlərinin əks olunduğu sənəd, risk mədəniyyəti bankın riskin müəyyən edilməsi, riskin qəbulu və idarəedilməsi, habelə risk üzrə qərarların qəbul edilməsi üzrə norma, yanaşma və davranışların məcmusudur.
Risk profili bankın məruz qaldığı risklərin ümumiləşdirilmiş səviyyəsi, risk iştahası bankın strateji hədəflərinə çatması üçün riskgötürmə qabiliyyəti çərçivəsində qəbul etmək istədiyi riskin həcmidir.
