Populyar kosmetika əməliyyatlarından biri olan protez (gel) dırnaqların  (Şellaq dirnaqları) insan sağlamlığı üçün təhlükəli olduğu üzə çıxıb.

Heftelik.az-ın xəbərinə görə, ABŞ elmi araşdırmaçılıarı protez dırnaqların qoyulması üçün istifadə edilən ultrabənövşəyi şüa cihazlarının insan hüceyrələrində DNA-nı pozaraq dəri xərçənginə yol açdığını müəyyənləşdiriblər.

Bu barədə elmi araşdırmanın nəticələri məqalə “Journal Nature Communications’”-da işıq üzü görüb. Araşdırmada ultrabənövşəyi şüaların yol açdığı dəri çərçənginə dair təkcə statistika əksini tapmayıb. Məşhur model Karolina Jasko jel dırnaq səbəbindən dəri xərçənginə yoluxduğu qeyd edilib. Karolina Jasko tdırnağında gördüyü ləkəni qabıq sayaraq qoparır, ancaq gördüyü şeyin xərçəng hüceyrəsi olduğunu öyrənəndə böyük dəhşət yaşayır. Mütəmadi olaraq protez dırnaqlar qoyduran və bununla əlaqədar tez-tez ultrabənövşəyi şüalara məruz qalan məşhur model son ana qədər hər hansı əlamət aşkarlamayıb. Dırnağındakı ləkədən sonra melanom kimi tanınan dəri xərçəngi olduğunu öyrənib.

Ultrabənövşəyi şüa uzun vədədə dəri xərçənginə səbəb ola biləcəyinə dair xəbərdarlıq edən ABŞ-ın San Diyeqo Universietinin araşdırmaçıları həyata keçirilən laboratoriya test lərində 20 dəqiqəlik istifadədən sonra hüceyrələrin 30 faizinin öldüyünü aşkarlayıblar. Ardıcıl 3 seansdan sonra hüceyrə ölümü 70 faizə çatıb. Ultrabənövşəyi şüaların təsirinə məruz qalmış ölməmiş hüceyrələr isə mutasiyaya uğraya bilir. Hüceyrə DNA-sında yaranan bu dəyişiklik dəri xərçəngində meydana gələn dəyişikliklərlə çox bənzərdir.

Mütəxəssislər ultrabənövşəyi şüalarla qurutma prosesindən əvvəl əllərə ən azı 30 qoruma faktoruna malik günəş kremləri çəkilməsini məsləhət görürlər.