Astarada qətl hadisəsi törədənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Heftelik.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Astara rayon sakinləri 40 yaşlı Məmmədov Elmir Ətrafil oğlu, 37 yaşlı, əvvəllər məhkum olunmuş Əkbərov Vüsal Zaid oğlu və Şəmkir rayon sakini, 40 yaşlı, əvvəllər məhkum olunmuş Süleymanov Bəhruz Rəşid oğlu saxlanılıblar.

Araşdırma aparılır.

Qeyd edək ki, noyabrın 10-da saat 16 radələrində Astara rayonunun Kakalos kənd sakini 1946-cı il təvəllüdlü Məmmədova Zeynəb Əziz qızının qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub. Zeynəb Məmmədova təqaüddə olan tibb bacısı olub.