Fransa birnci imperatoru Napoleon Bonapartın papağı və digər şəxsi əşyaları hərraca çıxarılıb.

Heftelik. az-ın məlumatına görə,  paytaxt Parisdə Osenat hərrac evində təşkil olunana satışda Bonapartın papağı 1 milyon 900 min avroya satılıb.

Papağı alan şəxsin adı açıqlanmır.

İmperatorun təxminin 120-ə yaxın “bicorn” (ikibuynuzlu) papağının olduğu lakin gününmüzə qədər onlardan iyirmisinin gəlib çıxdığı məlum olub.

Papağın hərracda ilkin qiyməti 600 min avro olub.

Digər əşyalar arasında Napoleonun 1815-ci ildə Vaterloda məğlubiyyətindən sonra qarət edilmiş gümüş boşqab və içərisində ülgüc, gümüş diş fırçası, qayçı və digər əşyalar olan taxta makiyaj qutusu var idi.