Müsabiqədə iştirak etmək üçün namizəd “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə işə qəbul üzrə müvafiq alt sistemdə qeydiyyatdan keçir və ona həmin sistemdə “Şəxsi kabinet” açılır.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nda əksini tapıb.
Namizəd “Şəxsi kabinet”ə daxil olaraq elektron ərizəni doldurur və onu təsdiq edir. “İnzibati icraat haqqında” qanunun tələbləri nəzərə alınmaqla ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
– namizədin orta ixtisas və ya ali təhsil haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin) surəti;
– əmək kitabçasının notariat qaydasında və ya işəgötürən tərəfindən təsdiq edilmiş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);
Elektron ərizə namizəd tərəfindən təsdiq edildikdən sonra məlumatların uyğunluğu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə yoxlanılır. Sənədlərin uyğunluğu yoxlanıldıqdan sonra namizədin test imtahanına buraxılması, yaxud buraxılmaması barədə məlumat onun “Şəxsi kabinet”inə göndərilir. Namizədlər test imtahanı ilə bağlı məlumatları (keçirilmə vaxtı və yeri barədə və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər.