Vaqon – sisternin doldurulması zamanı sızma (axma) aşkarlandıqda, nasazlıq tam aradan qaldırılanadək doldurulma dayandırılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Dəmir yolu doldurma-boşaltma estakadalarında qəzaların ləğvi zamanı yerli işıqlandırma üçün partlayışdan mühafizəli 12 V-dan artıq olmayan gərginliyə malik səyyar akkumulyatorlu çıraqlar tətbiq edilməlidir.