Nərgiz Absalamova saxlanıldı

30 Noyabr 2023, 18:02

“Abzas Media” saytının əməkdaşı Nərgiz Absalamova saxlanılıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ona qarşı “Abzas Media” rəhbərliyi ilə eyni maddə (206.3.2 (qrup halında qaçaqmalçılıq)) ilə ittiham irəli sürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı  Nərgiz Absalamovanın saxlanmasını təsdiqləyib və bildirilib ki, araşdırma aparılır.

Qeyd edək ki, noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov barəsində qrup halında qaçaqmalçılıq” ittihamı ilə həbs qətimkan tədbiri seçilib.