Bakıda Azərbaycan Tibb Universitetinin (ATU) 17 yaşlı tələbəsi yataqxanada ölü tapılıb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə universitetin tələbə yataqxanasında qeydə alınıb.
İlkin məlumata əsasən, ATU-nun Müalicə-profilaktika fakültəsinin birinci kurs tələbəsi Elvira Eyyubova yaşadığı yataqxananın hamam otağında buxardan boğularaq həyatını itirib.
Onun meyitini birlikdə yaşadığı bacısı aşkarlayıb.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
TƏBİB-dən bildirilib ki, noyabrın 14-də saat 15:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Tibb Universitetinin yataqxanasından çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər qadının həkiməqədər ölüm faktı qeydə alınıb.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
