Bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib.

Bu barədə Heftelik.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub.

Zəlzələ ocağının dərinliyi 68 km-dir.

***

saat 08.51

Bu gün yerli vaxtla saat 08.16 radələrində Xəzər dənizində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub.

Bu barədə Heftelik.az-a  Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələnin ocağı 68 km dərinlikdə yerləşib.

***

saat 08.28

Bu gün yerli vaxtla saat 08.15 radələrində Azərbaycanda (koordinatlar – 41.53 N, 49.67 E) 5 maqnitudalı zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Heftelik.az-a verilən məlumata görə, zəlzələ hiss edilib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

 

***

saat 08.22

Azərbaycanda zəlzələ olub.

Heftelik.az-ın məlumatına görə, zəlzələ Bakıda və Azərbaycanın rayonlarında hiss edilib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.