Bir neçə şəxsin eyni vaxtda qohumluq və ya digər şəxsi asılılıq münasibətlərinə görə cinayət prosesində iştirakı istisna olunduqda, digərlərindən daha gec hakim və ya cinayət prosesinin iştirakçısı vəzifəsini əldə etmiş şəxslər ilk növbədə cinayət prosesindən kənarlaşdırılmalıdır.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Qohumluq və digər şəxsi asılılıq münasibətləri ilə bağlı şəxslər məhkəmə tərkibində olduqda, hansı şəxslərin cinayət prosesindən kənarlaşdırılması məsələsini məhkəmə iclasında sədrlik edən həll edir.