Cari ilin 10 dekabr  tarixində  Serbiyanın  Niş şəhərində  təşkil olunmuş təntənəli açılış  mərasimində ölkə rəhbərimiz İlham Əliyev geniş və əhatəli çıxış etdi. O, öz çıxışında qeyd etdi ki, “Keçən il Avropa İttifaqı  ilə Azərbaycan arasında enerji strateji tərəfdaşlıq üzrə anlaşma imzalanmışdır. Bu anlaşmaya görə Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcminin iki dəfə artırmalıdır. Hazırda Serbiya və Bolqarıstan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Dövlət başçılarının qarşılıqlı  mərasimləri onu göstərir ki belə əməkdaşlıq davamlı olaraq inkişaf edir. Bizim dostluğumuz böyük dərəcədə  Bolqarıstan ,Serbiya  Azərbaycan əlaqələrinin inkişafına xidmət edir. Azərbaycanın bütövlükdə   enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın ,Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. 2021-ci ildə Avropa məkanına qaz ixracatımız  8 milyard kubmetrdən bir qədər çox olmuşdusa ,bu il təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Onu da qeyd etmək yerinə düşərdi ki, bizim ölkədən keçən strateji əhəmiyyətə malik olan neft kəmərləri vasitəsilə həyata keçirilir. Bakı-Tiblisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri  bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazalarına  çatdırır. Bununla bağlı  cənub Qaz Dəhlizi əhəmiyyətini qeyd etmək yerinə düşərdi. Cənub Qaz Dəhlizi uzunluğu 35000 km olan nəhəng infrastruktur layihəsi Avropanın enerji  təhlükəsizliyinə  çox böyük töhfə verir. Avropa  Komissiyası Azərbaycanı etibarlı tərəfdaş  və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirir. Ölkəmizin Bolqarıstana  qaz təchizatı  iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon  kubmetr qaz təchiz edilmişdir. Xəzər dənizi ,Qara dəniz ,Aralıq dənizi, Avropa məkanı  və Azərbaycan ,Avropa  İttifaqı  əlaqələri bütün  bu istiqamətlər müsbət məcrada inkişaf edir. Həm Serbiya həm Bolqarıstanın Azərbaycanı hər bir məsələdə dəstəkləməsi səmimi dostluğumuzun təzahürüdür. Sonra Bolqarıstan Prezidenti də öz növbəsində bu mühüm tədbirdə çıxış etdi. O bildirdi ki ,,Biz bu gün yalnız  qaz şəbəkələrini birləşdirmişik. Mən Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm .O sübut etdi Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır. Biz Azərbaycandan Mərkəzi  və Şərqi Avropaya qazın ən sürətli  və ucuz nəqlinə nail olmaq üçün şəbəkələrimizi birləşdirmə imkanı qazanırıq.

 

Gülnarə  Hacıyeva

Nəsimi rayon İctimai Şuranın üzvü