Bütün dünya ictimaiyyətinə məlumdur ki, ölkə rəhbərimiz Prezident İlham Əliyevin “Euronevs” televiziyasına geniş və maraqlı müsahibə vermişdir. O öz müsahibəsində qeyd etmişdir ki, Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir. Azərbaycan istənilən rəqabətdən, geosiyasi mübarizədən qorunmaq üçün lazımı addımlar atılır. Belə ki, iqtisadiyyatımızın şaxələnməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edilib. Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən bizim iqtisadi artımımız nisbətən zəifdir. Lakin son illər ərzində ümumi, daxili məhsulumuz dörd dəfə artıb. Buda ki, çox əhəmiyyətli nailiyyətdir. Düşünülmüş sosial siyasət nəticəsində yoxsulluğun səviyyəsi təqribən 50%-ə qədər enib.
Bu da onu nümayiş etdirir ki, əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətlə bölünüb. Xarici borcun səviyyəsi hər il azalır. Bu gündə bu rəqəm ÜDM-in 10 % aşağıdır. Bu isə Azərbaycan iqtisadiyyatının dayanıqlığını nümayiş elətdirir. Gələcəkdə iqtisadi artım təmin edəcək sahələrə investisiyaların qoyuluşu maliyyə imkanlarımıza əsaslanır. İndi hal-hazırda əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönəldiləcək. Bu da keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməyə təkan verəcəkdir. 2026-cı ilin sonuna qədər 140 min insanın yerləşdirilməsi planlaşdırılıb. Bağlanmış layihələrdən də böyük həcmli mənfəət əldə olunacaq. Azərbaycan ərazisindən keçən müxtəlif istiqamətlərə milyonlarla ton əlavə yük gözləyirik. Onu da qeyd etmək istəyirəm ki, bizim çox sabit siyasi sistemimiz var. Xalqımızın çox güclü birliyi vardır. Xüsusilə də işğal olunmuş ərazilərimizin azad edildiyi tarixi şanlı Zəfər Qələbəmizdən sonra bu birlik daha da möhkəmlənmişdir.
Son iki ildə Azərbaycan bir çox dünya dövlətləri arasında sıx əməkdaşlıq dostluq əlaqələri yaratmışdır. Artıq 200-dən çox ölkədən ibarət olan birlik ölkələri ölkəmizi dəstəkləyir, sıx əlaqələr qurmaya çalışırlar.
Gülnarə Hacıyeva
Nəsimi rayon İctimai Şura
