Əmək şəraiti vəziyyətinin yoxlanılması jurnalı sahə, bölmə, qurğu rəhbərinin iş yerində saxlanılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Jurnal üç hissəyə bölünür:

– ustanın, icraçının, bilavasitə iş rəhbərinin və əməyin mühafizəsi üzrə ictimai müfəttişin (nəzarətin birinci mərhələsi üzrə) aşkar etdikləri pozuntuların qeyd edilməsi üçün;

– nəzarətin ikinci mərhələsi üzrə yoxlama aparan şəxslərin aşkar etdikləri nöqsanların qeyd edilməsi üçün;

– digər yoxlayanların qeydləri üçün.

Jurnalda yazılar onun formasına uyğun aparılmalıdır.

Yoxlamanın tarixi birinci sütunda ərəb rəqəmləri ilə yazılmalıdır, məsələn: 01.01.21.