Hüquqi şəxsin istifadəsində ünvan qutusunun olmadığı və ya nasaz olduğu, onun quraşdırılması tələbinin yerinə yetirilmədiyi və bununla yanaşı hüquqi şəxsin poçt rabitəsi operatoru ilə poçtun çatdırılmasına dair müqaviləsi olmadığı hallarda poçt rabitəsi operatoru hüquqi şəxsi ona ünvanlanmış poçt göndərişlərinin və dövrü çap nəşrlərinin çatdırılmasından imtina etməsi barədə yazılı şəkildə xəbərdar etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.