Maye qazla işləmək üçün dəyişiklik edilmiş nəqliyyat vasitələri mülkiyyətçinin, nəqliyyat vasitəsinin texniki şərtlərə uyğun olması barədə təqdim etdiyi akt və bu Təlimatda nəzərdə tutulmuş digər sənədlər əsasında təkrar qeydiyyata alınır.

Heftelik.az-ın məlumatına görə, bu, “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”da əksini tapıb.

Mülkiyyətçisi dəyişən və Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin xidmət ərazisindən çıxarılıb kənara aparılan nəqliyyat vasitələri təkrar qeydiyyata yeni uçot sahəsində alınır.

Əgər bağışlama müqaviləsində, yaxud vərəsəlik hüququ şəhadətnaməsində bir neçə şəxs göstərilmişdirsə, bağışlanmış, yaxud vərəsəliyə görə alınmış nəqliyyat vasitəsi mülkiyyətçilərin hamısının yazılı razılığı ilə onlardan birinin adına qeydə alınır.

Ər və arvad arasında nəqliyyat vasitələrinin birinin adından çıxarılıb digərinin adına keçirilməsinə, onların birgə ərizələri və ümumi mülk qisminə mülkiyyət hüququ verən notariat kontorunun şəhadətnaməsi əsasında icazə verilir.