İpoteka ilə yüklü olan nəqliyyat vasitəsi haqqında Reyestrdə (kağız üzərində və elektron sistemdə qeydiyyat aparılır) və qeydiyyat şəhadətnaməsində onun yüklü olmasına dair məlumatlar göstərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”da əksini tapıb.
Reyestrdən çıxarış Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən hazırlanaraq məsul şəxsin möhür və imzası ilə təsdiq edilir və ipoteka saxlayana təqdim olunur. Qeydiyyat üçün təqdim edilən sənədlər tam olmadıqda (bu Təlimatın 3.5-1-ci bəndinin tələbləri nəzərə alınmaqla), habelə ipoteka qoyan şəxs həmin əşyaya sərəncam vermək səlahiyyətinə malik olmadıqda və ya bu hüquq qanunvericiliyə müvafiq qaydada məhdudlaşdırıldıqda nəqliyyat vasitəsinin ipotekasının dövlət qeydiyyatına alınmasından imtina edilir.
“Daşınar əmlakın reyestrindən çıxarışların verilməsinə dair qeydiyyat kitabı”nda (9 nömrəli Əlavə) aşağıdakı məlumatlar göstərilir:
– sıra nömrəsi;
– nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilə üzrə ipoteka qoyan şəxsin tam adı və ünvanı;
– nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanı, yerləşdiyi inzibati ərazi vahidinin adı;
– nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilə üzrə ipoteka saxlayan şəxsin tam adı və ünvanı;
– nəqliyyat vasitəsinin ipotekası haqqında bağlanmış müqavilənin nömrəsi, tarixi və yeri;
– ipoteka haqqında müqavilənin qüvvədə olma müddəti;
– Reyestrdən verilən çıxarışın nömrəsi və tarixi, Reyestr kitabının cildinin və vərəqinin nömrəsi;
– Reyestrdən çıxarışı təqdim edilən fiziki şəxsin adı, soyadı, atasının adı, FİN-i, hüquqi şəxsin adı, VÖEN-i, (etibarnamənin №-si və tarixi), imza və tarix.
