Araz supermarketlərində kiflənmiş meyvə şirəsi satılıb.
Heftelik.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.
Hadisə Masazır qəsəbəsində baş verib.
“Araz” filiallarının birindən aldığı məhsulu geri qaytaran müştəri meyvə şirəsini övladlarının içdiyini bildirib: “Uşaqlarıma bir şey olsa, kim cavab verəcək?!”.
Mağaza rəsmiləri isə heç bir suala cavab verməyib, məsələni araşdıracaqlarını deyiblər.
Qeyd edək ki, dəfələrlə “Araz”da köhnə malların satıldığı ilə bağı xəbər vermişik.
