Hesablama Palatası 2020-2022- ci illər üzrə sosial müavinət və təqaüdlərə ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasına dair təhlil aparıb.
Heftelik.az-ın məlumatına görə, analitik fəaliyyətin həyata keçirilməsində məqsəd sosial müavinətlər, eləcə də təqaüdlər üzrə olmaqla proqnozlaşdırma, maliyyələşmə və icra göstəriciləri arasında uzlaşma səviyyəsinin, göstəricilərin vahid büdcə təsnifatına uyğun qruplaşdırılmasının təhlili, sosial müavinət və təqaüdlərlə təmin olunmuş şəxslər üzrə məlumat bazalarının qarşılıqlı üzləşdirilməsi yolu ilə şəxslərin sosial ödənişlərlə təmin olunmaq hüququnun olub-olmamasının araşdırılmasından ibarət olub.
Yuxarıda vurğulandığı kimi, təhlilin əsas istiqamətlərindən biri müavinət və təqaüd xərclərinin maliyyələşdirilməsi üzrə proqnoz göstəricilərinin icra göstəricilərinə uyğunluğu vəziyyətinin araşdırılması olub. Nəzarət tədbirinin əhatə etdiyi dövrdə həm aylıq və birdəfəlik sosial müavinətlər, həm də təqaüdlər üzrə xərclər artım dinamikası ilə proqnozlaşdırılıb. Proqnozlaşdırma say göstəricilərində mövcud dinamika nəzərə alınmaqla, müavinət və təqaüdlərin məbləğində dəyişikliklərin gözlənilməsi əsasında həyata keçirilib.