Qanunvericiliyə əsasən hazırda təsis edilmiş təqaüd növlərinin sayı 17-dir.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının 2020-2022-ci illər üzrə sosial müavinət və təqaüdlərə ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasına dair təhlilində əksini tapıb.
Büdcə xərclərinin iqtisadi təsnifatında bütün təqaüdlər “Təqaüdlər” paraqrafının müvafiq maddələri üzrə qruplaşdırılmışdır. Lakin təqaüdlərin 9 növü, o cümlədən yeni təsis edilmiş, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”, “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” iqtisadi təsnifatın “Digər təqaüdlər” maddəsində əks etdirilir. Qeyd edək ki, 2022-ci ilin icra məlumatlarına əsasən “Digər təqaüdlər” maddəsində qruplaşdırılmış təqaüdlər üzrə illik xərc ümumi təqaüdlər üzrə xərcin 67,9%-i həcmindədir. Həmçinin “Digər təqaüdlər” maddəsinin tərkibinə daxil edilmiş, müharibə veteranlarına hesablanan təqaüd növü üzrə xərc isə bütün təqaüd xərclərinin 30,9%-ni əhatə edir.
