Gömrük orqanı əməkdaşı öz xidməti fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıqla yerinə yetirməyə borcludur.

Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.

Gömrük orqanı əməkdaşı özünün bilik və bacarıqlarını daim inkişaf etdirməli, xidməti vəzifələrinin icrası zamanı ona həvalə olunmuş tapşırıqları hərtərəfli öyrənməli, təhlil etməli, düzgün planlaşdırmalı, icrasını vaxtında və tələb olunan səviyyədə təmin etməlidir.