Gömrük orqanı əməkdaşının dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin əməkdaş tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanı əməkdaşı xidməti vəzifələrinin icrası ilə bağlı, habelə fəaliyyəti dövründə ona məlum olan dövlət sirrinin və əldə edilməsi qanunla məhdudlaşdırılan digər informasiyanın qorunmasına cavabdehdir.
