Gömrük orqanı əməkdaşı digər dövlət orqanları (qurumları) ilə qanunvericiliklə müəyyən edilmiş hüquqlar, vəzifələr və səlahiyyətlər çərçivəsində münasibət yaratmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanı əməkdaşı öz səlahiyyətləri çərçivəsində gömrük işi sahəsində dövlət siyasətinin və tənzimlənməsinin səmərəli həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada digər dövlət orqanları ilə faydalı əməkdaşlığın inkişaf etdirilməsində iştirak etməlidir.
Gömrük orqanı əməkdaşı digər dövlət orqanları (qurumları) ilə münasibətlər zamanı qanunvericiliklə ona verilmiş imtiyaz və səlahiyyətləri nümayiş etdirməməli, əməkdaşlıqdan şəxsi məqsədləri üçün istifadə etməməlidir.