Mümkün yanğın mənbələrindən odsöndürücülərin yerləşdiyi yerə qədər məsafə ictimai bina və tikililərdən 20 metrdən, A, B və V kateqoriyalı otaqlarda 30 metrdən, Q  kateqoriyalı otaqlarda 40 metrdən, D kateqoriyalı otaqlarda isə 70 metrdən çox olmamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Hər bir obyektdə ilkin yanğınsöndürmə vasitələrinin alınması, saxlanılması, təmiri və işə hazırlığına cavabdeh şəxs təyin edilməlidir. İlkin yanğınsöndürmə vasitələrinin obyektdə mövcudluğu və vəziyyətləri xüsusi jurnalda qeyd edilməlidir. Obyektlərdəki hər bir odsöndürücünün gövdəsində ağ boya ilə sıra nömrəsi göstərilməli, ona xüsusi pasport tərtib olunmalıdır.