İstehsalat-texniki heyətin qəzaların ləğvi planı (QLP) ilə tanışlığı imza atmaqla müvafiq şəkildə sənədləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
QLP (və ya onun operativ hissəsi) obyekt (sahə) rəhbərinin müəyyən etdiyi görünən (nəzərə çarpan) yerdən asılmalıdır. QLP-nın tam nüsxələri müəssisənin texniki rəhbərində, dispetçerdə, qazdan xilasetmə dəstəsində, təhlükəsizlik texnikası şöbəsində və iş yerlərində olmalıdır.
QLP-nın vaxtında və düzgün tərtibinə və onun müəssisənin bu vəziyyətinə uyğun gəlməsinə görə məsuliyyəti obyektin rəhbəri və müəssisənin texniki rəhbəri daşıyır.
