Aşkar edilmiş nöqsanlar və pozuntular əmək şəraiti vəziyyətinin yoxlanılması jurnalında  üçüncü sütunda onların düzgün xüsusiyyətlərini və yerini göstərməklə yazılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Dördüncü sütunda aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün dəqiq təklif yazmaq, beşinci sütunda nöqsanların aradan qaldırılması müddəti, hər bir tədbiri yerinə yetirən icraçının vəzifəsi, soyadı göstərilməlidir. Yeddinci sütunda dördüncü sütunda göstərilmiş təkliflərin yerinə yetirilməsi tarixi göstərilməli, sahə, bölmə, qurğu rəhbərinin imzası olmalıdır.