Qış fəslində (havanın mənfi tempraturlarında) odsöndürücülər isidilən otaqlarda saxlanılmalıdırlar.

Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

İlkin yanğın söndürmə vasitələrinin dəhliz və keçidlərdə yerləşdirilmə qaydası insanların təhlükəsiz köçürülməsinə mane olmamalıdır. Onlar binadan çıxışa yaxın yerdə, 1,5 metrdən çox olmayan hündürlükdə yerləşdirilməlidirlər.