Dini fəaliyyətlə əlaqədar gömrük orqanı əməkdaşının hansı qaydalara əməl etməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Dini fəaliyyətlə əlaqədar gömrük orqanı əməkdaşı aşağıdakı qaydalara əməl etməlidir:
– hər hansı dini təşkilatın üzvü olmamalı, dini təşkilat və ya təsisatlara maddi və ya digər şəkildə dəstək verməməli və belə dəstək almamalı;
– həmkarlarını dini təşkilat və ya təsisatın fəaliyyətində iştiraka təhrik etməməli;
– dini təşkilatların yaradılmasına yardım etməməli;
– dini ayinləri icra edərkən və dini mərasimlərdə iştirak edərkən ictimai qaydanı pozmamalı və ictimai əxlaqa zidd davranış sərgiləməməlidir.