Gömrük orqanı əməkdaşı medianın gömrük fəaliyyətini işıqlandırmaq istəyinə hörmətlə yanaşmalı, media subyektlərinin dürüst və obyektiv məlumat almaq hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməsinə mane olmamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.

Gömrük orqanı əməkdaşının mediada yayımlanmış çıxışları (yazılı və ya şifahi) gömrük orqanlarının mövqeyini əks etdirdiyindən həmin məlumatlar etibarlı və balanslaşdırılmış olmalı, müzakirələr hüquq normalarına xələl gətirmədən aparılmalı, mediada çıxışlar yalnız gömrük orqanlarının həmin sahə ilə bağlı fəaliyyəti həyata keçirən struktur bölmələri  ilə razılaşdırılmaqla həyata keçirilməlidir. Çıxışlar aydın, səlis və lakonik olmaqla Azərbaycan dilinin leksik, qrammatik və fonetik normalarına uyğun olmalıdır.