Vətən…

13 Dekabr 2023, 10:15

Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim.

 

8 noyabr Zəfər günü ilə bağlı universitetdə keçirilən tədbirdə bir Qazi ilə tanış oldum. Sağ ayağının dizdən aşağısını Vətəni uğrunda qurban vermişdi. Dediyinə görə, müharibə başlayan gündən döyüşlərdə iştirak etmiş daha sonra isə yaralanıb xəstəxanada müalicə alırmış. Şuşa azad olunan gecə yuxusunda ayağını tam görüb və vurulun saysız ağrıkəsicilərə, yuxu dərmanlarına rəğmən şüuru özündə olub. Ayılan kimi başa düşüb ki, Şuşa azaddır. Bu qısa məlumatı siz oxuyub “ay can,ölərəm,axx” deyəsiniz deyə yazmadım. Ona görə yazdım ki, Vətən hamımızındır. Tək sənin, mənim, o Qazinin yox. Lazım gəlsə uğrunda daş, hətta lazım gəlsə mamır belə olmalıyıq. İndi deyəcəksiniz ki, bu yazılanların Zəfər paradı ilə nə əlaqəsi var? Bəli,var. Zəfər paradının hər bir iştirakçısı Vətəni üçün canını hər an qurban verməyə hazır olan şəxslər idi. Parad Azərbaycanın gücünü, qüvvəsini, vətəndaşların vətən sevgisini dünyaya nümayiş etdirdi. Filmdə səsləndiyi kimi:” Çağırdı ellər gedərəm davaya, ol mənə Dilbər gedərəm davaya” oxuyan igidlər aldılar bağrı otuz ildən çox qara dönən bağı. Mən hər bir vətəndaşımıza Zəfər paradında keçirdiyimiz, yaşadığımız qüruru bir də yaşamağı arzu edirəm. Amma itkisiz, qansız, göz yaşısız. Əgər qismətdə göz yaşı varsa, məncə o sevinc göz yaşları olmalıdır.