Azərbaycana idxal edilən inəklər, toyuqlar, toyuq əti, kərə yağı, rekombinə edilmiş yağ, zərdab yağı, südlü pastalar daha 2 il gömrük rüsumundan azad edilib.

Heftelik.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Beləliklə, bu il dekabrın 31-də bitəcək bu müddət 31 dekabr 2025-ci ilədək uzadılıb.