Təşkilat xərclərinin icrasını dövlət xəzinədarlığı vasitəsilə həyata keçirən dövlət orqanları və ya qurumları, qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılmış hüquqi şəxslərdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.

Təşkilatın xərclər smetası qanunvericiliklə müəyyən edilmiş qaydada təşkilatın fəaliyyətinin və tədbirlərin maliyyələşdirilməsi üçün büdcə təsnifatına uyğun olaraq hazırlanmış maliyyə sənədidir. Baş kredit sərəncamçısı ayrılan təxsisatların özü və tabeliyindəki təşkilatlar arasında bölüşdürülməsini həyata keçirən dövlət orqanı və ya qurumu, qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılmış hüquqi şəxsdir.