Dövlət xəzinədarlığına pul vəsaitlərinin daxil olmasının təmin edilməsi məqsədilə xəzinə hesabının açılması qanunvericiliklə həmin vəsaitlərin ödənilməsinə nəzarət edən orqanların və ya qurumların müraciəti əsasında həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Xərclərin həyata keçirilməsi ilə əlaqədar təşkilata xəzinə hesabının açılması baş kredit sərəncamçısının bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada ərizə ilə Operatora müraciəti əsasında aşağıda göstərilən sənədlər təqdim edilməklə həyata keçirilir:
– təşkilatın yaradılmasının hüquqi əsası;
– dövlət vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin surəti.