Könüllü dövlət genom qeydiyyatının aparılması nəticəsində alınmış genetik məlumatlar onun saxlanılmasını həyata keçirən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həmin qeydiyyatı keçmiş şəxsin, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış vətəndaşlara və yetkinlik yaşına çatmayanlara münasibətdə isə onların qanuni nümayəndələrinin yazılı ərizələrinə əsasən məhv edilir və bu barədə 30 (otuz) gündən gec olmayaraq ərizəçiyə məlumat verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.