Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin vəzifələri sırasına ədliyyə sahəsində xidmətlərin göstərilməsi konsepsiyasını və ədliyyə sahəsində xidmətlər institutunun inkişaf etdirilməsi üçün qiymətləndirmə meyarlarını müəyyən etmək, bu sahədə nazirliyin digər struktur qurumlarının fəaliyyətini əlaqələndirmək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasını, habelə notariusların notariat fəaliyyətini təşkil etmək və qeyri-kommersiya hüquqi şəxslərin, xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət qeydiyyatı həyata keçirmək, qeyri-kommersiya qurumlarının dövlət reyestrini tərtib etmək, onun açıqlığını təmin etmək də bu vəzifələr sırasındadır.