Məşhur müğənni Hadisə yenə paylaşımı ilə gündəm olub.

Heftelik.az-ın Bakupost.az-a istinadən verdiyi məlumata görə, səhnə performansı və cəsur geyimləri ilə daim gündəmdə olan Hadisə 14,6 milyon izləyicisi olan İnstaqram hesabında dekolteli paylaşım edib.

Paylaşımında Hadisənin belindəki döymə diqqət çəkib. Müğənni paylaşımına “Mən lider deyiləm, öndərəm” şərhini yazıb.
Foto qısa zamanda sosial mediada gündəm olub.