Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin vəzifələri sırasına Baş idarənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək, onun tətbiqi ilə bağlı müvafiq təkliflər vermək, habelə bu təcrübə nəzərə alınmaqla, elmi-texniki nailiyyətlərin tətbiq olunmasını təmin etmək daxildir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.

Vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin etmək, Baş idarənin fəaliyyətini təşkil etmək, onun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək və fəaliyyət istiqamətləri üzrə maarifləndirmə işini həyata keçirmək də bu vəzifələr sırasındadır.