Fərdi yaşayış evinin birinci mərtəbəsinin döşəmə səviyyəsi ilə  torpaq səviyyəsi arasındakı fərqin 0,5 m-dən az olmaması tövsiyə olunur.

Heftelik.az-ın məlumatına görə, bu,  “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Konstruksiyanın layihələndirilməsində istifadə olunan hesablama metodları onların yükdaşıma qabiliyyətləri və yol verilən deformasiya həddi, müvafiq materiallardan olan konstruksiyalar üçün qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə cavab verməlidir.