Fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikililər arasında məsafə normalaşdırılmır.

Heftelik.az-ın məlumatına görə, bu,  “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Kənd yaşayış məntəqələrində və şəhərlərin yaşayış zonasının həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin zonasında yerləşdirilən mal-qara, əhliləşdirilmiş ev heyvanları və quşlar saxlanılan tikililərin (blokların) sayı hər qrup üzrə 30-dan çox olmamalıdır. Yaşayış otaqlarının pəncərələrindən mal-qara, əhliləşdirilmiş ev heyvanları və quşlar saxlanılan tikililərədək (bloklaradək) olan məsafə: 2 tikilidən artıq olmazsa 10 m-dən, 8-dək tikili olarsa 25-dən, 8-30 tikili olarsa 50 m-dən az olmamalıdır. Bloklaşdırılmış tikililərin tikinti sahəsi 800m2-dən çox olmamalıdır.