Birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət vermək hüququna aydınlıq gətirilib.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.

İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər:

–  Mülki-Prosessual Məcəllədə göstərilən hallarda;

– məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda.

– Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.