Normativ hüquqi aktlarla təsdiq edilmiş sanitariya normaları və qaydalarına və yanğın təhlükəsizliyi normalarının tələblərinə riayət edilməklə təsərrüfat tikililərin (o cümlədən mal-qara və quşlar üçün), qarajların, hamam və elektrik, buxar və su ilə qızdırılan istixanaların həyətyanı sahəsi olan fərdi yaşayış evlərinin pəncərəsiz divarına bitişik tikilməsinə yol verilir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Fərdi yaşayış evlərində istilik təchizatı, havalandırma, su təchizatı, kanalizasiya, elektrik təchizatı nəzərdə tutulmalıdır.