Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin vəzifələri sırasına dövlət elektron informasiya ehtiyatlarından istifadə etməklə siyasi partiya üzvlərinin reyestrini nəzərdən keçirmək, fəaliyyəti məhkəmənin qərarına əsasən müvəqqəti dayandırılmış siyasi partiya tərəfindən təqdim edilmiş məlumatda xəbərdarlıqda göstərilmiş pozuntuların tam aradan qaldırılması müəyyən edildikdə, bu barədə məlumatı siyasi partiyaya təqdim etmək daxildir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.

Qrant və xidmət müqavilələrinin qeydiyyatını aparmaq, ianələrin qəbul edilməsi barədə məlumatları qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə daxil etmək və qanunvericilikdə nəzərdə tutulmuş qaydada xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqlar aparmaq və onu bağlamaq, həmçinin sazişin qüvvədə olma müddətinin uzadılması məsələləri üzrə təkliflər vermək də bu vəzifələr sırasındadır.