Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin vəzifələri sırasına Baş idarənin, qeydiyyat şöbələrinin, dövlət notariat ofislərinin, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin və Dövlət notariat arxivinin zəruri avadanlıqlarla, habelə müvafiq normativ aktlar, kitab, şəhadətnamə blankları, digər blanklar və başqa vəsaitlərlə, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki konsulluqlarının və yerli icra hakimiyyəti nümayəndəliklərinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair şəhadətnamə və akt qeydləri blankları ilə təchiz olunmasını təşkil etmək, onların saxlanmasına, uçotuna və istifadə olunmasına nəzarəti həyata keçirmək daxildir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.

Baş idarəyə ayrılan büdcə və qanunvericiliklə nəzərdə tutulmuş digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək və informasiya və məsləhət təminatı işini təşkil etmək məqsədilə müvafiq tədbirlər görmək, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında fəaliyyət istiqamətləri üzrə məlumatlar (arayışlar) təqdim etmək də bu vəzifələr sırasındadır.